13 İyul 2016 16:33
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur alman rok qrupu “Scorpions” fəaliyyətinin 50 illiyi çərçivəsində İstanbulda möhtəşəm konsert proqramı ilə çıxış edib.

AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, konsert çərçivəsində qrup dünyada hit olan “Still Loving You”, “Wind of Change”, “Rok You Like a Hurricane”, “Send Me an Angel”, “No One Like You” və “Always Somewhere” kimi sevilən mahnılarını səsləndirib.

Eyni zamanda, konsertdə Türkiyənin tanınmış ifaçıları da müxtəlif musiqi nömrələri ilə çıxış edib.

Qeyd edək ki, dünyada ən böyük rok qrupu kimi tanınan “Scorpions” 1965-ci ildə gitara ifaçısı Rudolf Schenker tərəfindən Almaniyanın Hanover şəhərində yaradılıb. Həmçinin, qrupun adı “bütün zamanların ən çox satanları” siyahısında yer alıb.


Müəllif: