14 İyul 2016 15:37
388

Xalq artisti Arif Quliyev qəzaya düşüb.

Bu barədə Sim-sim.az-a xalq artistinin özü məlumat verib.

Arif Quliyev deyib ki, hadisə onun da rol aldığı yeni filmin çəkilişləri zamanı baş verib: “Nazlı” adlı yeni filmə çəkilirəm. Filmin ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Rüstəmovdur. Rəhman Rafiqoğlu həm də quruluşçu rejissordur. Filmdə Rasim Balayev, Fuad Poladov, Mehriban Xanlarova, Məbud Məhərrom kimi görkəmli sənətkarlarımız çəkilir. Mənə isə traktorçu rolu tapşırılıb. Bir neçə gün öncə filmin Şamaxı rayonunun Avaxıl kəndindəki çəkilişləri zamanı qəzaya düşdüm. Traktoru çaya aşırdım. Sol qolum çıxdı. Dəmirçi kəndində sınıqçı vardı, onun yanına apardılar və hər şey qaydasına düşdü”.


Müəllif: