14 İyul 2016 18:58
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Moldovadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə tanınmış azərbaycanlı rəssam Mir Teymur Məmmədovun qrafik əsərlərindən ibarət “Skvoz veka” (“Əsrlərdən süzülüb gələn...”) adlı sərgisini təşkil edib.

Səfirlikdən bildirilib ki, sərginin açılış mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın mədəniyyət naziri Monika Babuk, “Picasso” art-studiyanın rəhbəri Ancela Yurku və rəssam Mir Teymur Məmmədov iştirak ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aureliya Qriqoriu, Türkiyə, Çexiya, Rumıniya, Macarıstan, Gürcüstan səfirləri, Moldovanın Azərbaycandakı səfiri George Leuka da iştirakçılar arasında olublar.


Müəllif: