15 İyul 2016 13:31
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şəxsi “İnstaqram” hesabını xaker hücumundan xilas edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə mətbuatına bu haqda açıqlama verən aktrisa son günlər baş verən hadisələrə heyrətləndiyini bildirib: “Həqiqətən çox təəccüblənmişəm. “İnstaqram” hesabımın bağlandığının fərqində olmamışam. Çünki hər saniyə “İnstaqram”a baxmıram. Çoxları “Nəsrin hesabını bağladı” yazdı. Amma mən kimdən, nədən qaçım ki… Axı mən pis bir şey eləməmişəm. Belə bir halda heç vaxt hesabımı bağlamaram”.

Aktrisanın ABŞ polisləri ilə çəkdirdiyi foto Türkiyədə birmənalı qarşılanmayıb. Mətbuat və sosial şəbəkə izləyiciləri Gəzi hadisələrində türk polislərini daşa tutan aktrisanı ikiüzlülükdə ittiham edib, vətən xaini adlandırıblar.

Pərvin


Müəllif: