18 İyul 2016 11:25
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Pərvin Abıyevanın əlbisəsi türkiyəli aktrisa Nəslihan Atagülün gəlinliyi ilə müqayisə olunub.

Teleqraf.com xəbər verir ki, instaqramda paylaşdığı fotoya mənfi rəylərin gəlməsi aktrisanı əsəbiləşdirib: “Ay mənim ona-buna görə özününkünü baltalayan, amma yenə də çox sevdiyim millətim, bu barədə son dəfə açıqlama verəcəm: Mənim paltarımla, onun paltarını eyni görən, hətta buna görə mənimlə acıqlı danışan, minnət qoyan, lağa qoyan insanlar günahkardır!

Bu paltarlar eynidir? Bu sualı haqq-ədalət tərəfdarı insanlara verirəm! Düşünürəm ki, haqlıyam. Nəslihan gözəl aktrisadır. Amma oynadığı bir çox rolun heç biri yadda qalmayıb, “Kara sevda” serialından başqa.

Mən Türkiyə kimi ölkədə yaşasaydım, inanın ki, indi sizlərlə (boş-boş danışanlara aiddir) mübarizə aparmazdım və mən də digər ölkələrdə tanınardım. Bizləri irəli getməyə qoymayan, sizin iyrənc, mənfi rəylərinizdir! Hər şeyə mentalitet deyirsiniz. Elə bilirsiniz Türkiyəyə əylənməyə gedirəm? Yox, iş danışmaq üçün gedirəm. Bu, sizin bildiyiniz qədər asan deyil. Çox yollardan keçmək lazımdır. Məni ruhdan salırsınız, bir çox layihələrimdən soyumuşam, xalqın danışıqlarına və saytların yersiz xəbərlərinə görə! Bir neçə sənətkarımız bu ölkədən küsüb başqa ölkədə yaşayır. Bəsdirin, heç kimi mühakimə etməyin! Biz belə irəli gedə bilmərik...”

Aylin


Müəllif: