18 İyul 2016 17:10

Xanəndə Qoçaq Əsgərov Fransanın paytaxtı Parisdə konsert verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hacı Nuran instaqram hesabında məlumat verib. O qeyd edib ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan-Fransa musiqi gecəsi təşkil edilib.

Öncə qonaqlara fransız yazıçısı Qonzaq Sən Brisin “Aleksandr Düma Qafqazda” adlı 5 dəqiqəlik filmi təqdim edilib. Filmdə A.Dümanın Bakı, Qarabağ və digər bölgələrə səfəri, dahi Azərbaycan şairi Natəvan ilə görüşü təsvir edilib.

Sonra Azərbaycan muğam ustası Qoçaq Əsgərovun və fransız caz ifaçısı Pyer de Treqomanın birgə konserti olub. Konsertdə Azərbaycan (“Bayatı kürd”, “Rast”, “Sarı gəlin”) və fransız musiqiləri ayrı-ayrı və sintez şəklində ifa edilib.

Nərmin


Müəllif:
Загрузка...