19 İyul 2016 15:41
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da Xalq Rəssamı Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə rəssamın yeni saytının təqdimatı keçirilib.

Saytın (www.vidadinerimanbeyov.blogspot.com) təsisçisi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistrı, “Xalq Rəssamı Vidadi Nərimanbəyovun bədii irsi” adlı elmi işin müəllifi Aybəniz Pənahovadır.

Təqdimatda Aybəniz Pənahovanın elmi rəhbəri, Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva bildirib ki, o, dissertasiya mövzusu üzərində dərin tədqiqat aparıb və innovativ formatda işləyib. Aybəniz Pənahova tədqiqat prosesindən danışaraq seçdiyi mövzunu ətraflı, sistemli və ardıcıl təhlil etdiyini söyləyib. Bildirib ki, Vidadi Nərimanbəyov yaradıcılığında hər zaman müharibə mövzusuna müraciət edib, hərbi vətənpərvərlik hissini aşılayıb.

Aybəniz Pənahova yalnız elmi tədqiqat işi ilə kifayətlənmədiyini, rəssamın yaradıcılığına həsr olunmuş sayt hazırlandığını da qeyd edib. Saytın mütəmadi olaraq yeniləndiyini söyləyərək deyib ki, izləyicilər rəy və təkliflərini yaza bilərlər.

Sonra sayt təqdim olunub və müəllif bölmələr haqqında məlumat verib.


Müəllif: