20 İyul 2016 14:14
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son iki il Gənc Tamaşaçılar Teatrı üçün yaxşı, düşərli olub”.

Teleqraf.com xəbər verir ki, bu sözləri rejissor Bəhram Osmanov teatrın keçirdiyi mövsümü qiymətləndirərkən deyib. İl ərzində teatrın maraqlı tamaşalarla çıxış etdiyini deyən rejissor teatrın təsis etdiyi “Sima” mükafatından danışıb: “Bu mükafatın təsis olunması və ərsəyə gəlməsi üçün direktor Mübariz Həmidovla iki il söhbətlərimiz olub. Mən şahidiyəm ki, bu simvolik mükafatın təsis olunması üçün nə qədər baş sındırılıb. Mübariz Həmidova eşq olsun ki, bu çətinliklərin öhdəsindən gələ bilir”.

Bəhram Osmanov Gənc Tamaşaçılar Teatrını “ulduzlar teatrı” adlandırıb: “Çətin, amma şərəfli vəziyyətdə yaşayırıq. Gənc Tamaşaçılar Teatrı ulduzlar teatrıdır. Yaşlıların da ulduzu var, gənclərin də... Ulduzlar hərdən bir sönməyi bacarmalıdır ki, sonra yenidən parlaya bilsin. Mən yaşlı ulduzlara mərhəmət, gənclərə səbirli olmağı arzulayıram”.

Nərmin


Müəllif: