20 İyul 2016 16:37
2 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Günel Məmmədova yeni serialda rol alacaq.

Bu barədə Teleqraf.com-a aktrisa özü deyib: “Bu mövsüm “Bir ailəm var” serialında rol aldım. Kollektivlə çox gözəl bir mövsüm keçirdim. Gələn mövsüm isə yeni serialımla tamaşaçıların görüşünə gələcəm. Çox həyəcanlıyam”.

Aktrisanın yeni serialı “Günəşim ol” adlanır.

Şahin Qəhrəmanın rejissoru olduğu serialın çəkilişlərinə iyulun 17-də start verilib. Serialın ATV kanalında yayımlanması nəzərdə tutulub.

Nərmin


Müəllif: