21 İyul 2016 10:12
925

Hollivud ulduzu Cessika Alba həyat yoldaşı ilə birlikdə Havay adasında dincəlir.

Axşam.az-ın Rusiya KİV-inə istinadən xəbərinə görə, aktrisa şəhərin səs-küyündən, gündəlik etdiyi iş görüşlərindən kənarda qalıb, istirahət etmək qərarına gəlib.

Əvvəlcə okean suyuna girən Cessika daha sonra günəş vannası qəbul edib. Yaxtada dincələn aktrisa pəhrizini də saxlayır. O, kələm, çuğundur, alma, xiyar yeyir. Ətdən isə az istifadə edir.


Müəllif: