21 İyul 2016 12:58
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tahir və Cabir İmanov qardaşlarının prodüseri olduğu “Ölülər” filmi 22 sentyabr tarixindən kinoteatrlarda nümayiş olunacaq.

Bu barədə Cabir İmanov rəsmi “İnstaqram” hesabında məlumat verib. O qeyd edib ki, film Cəlil Məmmədquluzadəyə ithaf olunub: “Film məşhur “Ölülər” əsərinin müasir versiyasıdır”.

Baş rollarda: Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elxan Quliyev, Ziba Şücayi çəkilib.

Ssenari müəllifləri Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov, Məmmədəli Kazımovdur. Quruluşçu rejissor Şuşa, quruluşçu operator Saulius Lukaşeviçius (Litva), bəstəkar Faiq Sücəddinov, baş prodüserlər Tahir və Cabir İmanov qardaşlarıdır.

Nərmin


Müəllif: