22 İyul 2016 15:30
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukşin adına Teatr İnstitutuna daxil olub.

Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bir neçə mərhələdən uğurla keçən aktyor təhsil müəssisəsinin teatr rejissorluğu fakültəsinə qəbul edilib.

Bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu il oktyabr ayının 23-də fəaliyyətə başlayıb və Yevgeni Vaxtanqovun adını daşıyıb. Müxtəlif illərdə Y.Vaxtanqov adına Moskva Dramatik studiyası, orta teatr təhsil müəssisəsi, ali təhsil müəssisəsi, B.V.Şukin adına Ali Teatr məktəbi və nəhayət 2002-ci ildən B.Şukşin adına Teatr İnstitutu adlandırılıb.

İnstitutun əksər məzunlarının məşhurlaşmalarının əsas səbəbi burada çalışan peşəkar teatr xadimləri və bu təhsil ocağının tədris metodlarıdır.

Nərmin


Müəllif: