22 İyul 2016 15:45
1 693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şou-biznesdə ifası ilə yanaşı xarici görünüşü, cazibədarlığı ilə fərqlənən müğənnilər az deyil.

Teleqraf.com məşhurlara “Şou-biznesin ən gözəl xanımı kimdir?” sualı ilə müraciət edib.

Sorğunun nəticəsini təqdim edirik:

Aparıcı-bəstəkar Murad Arif: “Şou-biznesin bütün xanımları gözəldir, amma aralarında Monica Belluççi yoxdur. Mənim üçün Flora Kərimova çox gözəl xanımdır.

Ümumiyyətlə, gözəlliyə hər insanın fərqli yanaşması var. Gözəllik etalonu sayılan Merilin Monro mənim üçün gözəl deyil. Yerli şou-biznesdə 2007-2008-ci illərdə Aysel Teymurzadə gözəl idi. Açığı, başqa heç kim yadıma gəlmir. Cazibədarlıqlarına görə Səmra Rəhimli və Nigar Camalın adını çəkə bilərəm. Məncə, gözəllik ikonamız yoxdur. Hamısı özünə görə gözəldir, şirindir”.

Aparıcı Yusif Ağayev: “Mənim üçün şou-biznesdə ən gözəl xanım Xumar Qədimovadır. Ondan başqa gözəl xanım tanımıram”.

Şoumen Kamran Həsənli: “Bəzən görürsən ki, üz qəşəngdir, bədən quruluşu fərqlidir. Dieta, pəhrizə fikir vermirlər. Üz quruluşuna görə qəşəng müğənni Elza Seyidcahandır. Bədən quruluşu haqqında danışmayacam və mən bu haqda danışmaq qadağandır(gülür)”.

Müğənni Emil Bədəlov: “Mənim üçün şou-biznes nümayəndələrinin hamısı gözəldir. Ad çəkməyəcəm. Çünki hamısı ilə münasibətim yaxşıdır, birinin adını çəkəcəm, digəri küsəcək”.

Aparıcı Şəhriyar Əbilov: “Məni niyə qırğına salırsınız? Desəm ki, Afaq Gəncəli, Nərgiz Məmmədova gözəldir, digərləri inciyəcək. Müğənnilərdə də həmçinin. Mənim üçün bütün xanımlar gözəldir. Gəlin ayrı-seçkilik salmayaq. Siyasət işlədirəm (gülür). Birini tərifləyib, sonra başqasına kompliment deyəndə deyəcək ki, bu, ikiüzlüdür, başqasını tərifləyir. Bu, mənə lazım deyil”.

Müğənni Vasif Məhərrəmli: “Şou-biznesdə qəşəng xanımlar var. Dəqiq ad çəkə bilməyəcəm. Ona görə də susacam. Birinin adını desəm, digəri inciyəcək”.

Stilist Samiraldo: “Mənim üçün şou-biznesin gözəl xanımları Röya Ayxan və Aygün Kazımovadır. Hər ikisi gözəldir. Adlarını çəkmədiyim digər müğənnilər “inkubator” cücələri kimi bir-birlərinə oxşayırlar. Amma onları çox bəyənirəm. Səmra Rəhimli də çox qəşəng qızdır”.

Aparıcı Cavid Gül: “Mənim üçün şou-biznesdə altı-yeddi nəfər gözəldir. Ad çəksəm, qırğın düşər, ona görə də heç birinin adını çəkmirəm”.

Aktyor Müşfiq Şahverdiyev: “Şou-biznesdə gözəl xanımlar çoxdur. Hamısı gözəldir, amma makiyajsız heç birini görməmişəm deyə dəqiq deyə bilmirəm. Makiyajlı demək olar ki, hamısı qəşəngdir. Yanımdakı uşaqlar deyirlər ki, Maral Tahirqızı gözəldir (gülür).

Şou-biznesə gələnlərin çoxu xarici görünüşünə görə gəlirlər. Hər birimiz müğənniləri makiyajda görmüşük, təbii hallarını görməmişik. Amma mən bir-ikisinin təbii halını görmüşəm, qorxmuşam. Şou biznesdən getmək istəmişəm. Makiyajsız kimin gözəl olduğunu bilmirəm. Onu bir özləri, bir də Allahları bilsin. Yəqin sözümü pis başa düşməzlər. Aktyoram və aktyor kimi də cavab verdim. Xanımlarımızın hamısı gözəldir. Özünə baxan xanımlara eşq olsun!”.

Aylin


Müəllif: