22 İyul 2016 16:27

İyulun 23-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan “Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, iyulun 24-də dama edəcək konsert Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftənin konsert proqramında tanınmış caz ifaçısı, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, həmçinin, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev, “Odlar Yurdu” qrupu maraqlı repertuarla paytaxt sakinləri və qonaqların görüşünə gələcək.

Konsertdə bəstəkar və xalq mahnılarımız ilə yanaşı, dünya bəstəkarlarının əsərləri də səsləndiriləcək.


Müəllif: