22 İyul 2016 18:42
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov İrana gedir.

Bu barədə Teleqraf.com-a açıqlamasında aktyor özü deyib. O qeyd edib ki, səfər İran İslam Respublikasının Mazandaran vilayətinin Noşəhr şəhərinin Xüsusi mədəniyyət evinin dəvəti ilə baş tutur. Səfər çərçivəsində 4-6 avqust tarixlərində P.Züskindin “Kontrabas” və N.Qoqolun “Dəlinin qeydləri” monotamaşaları nümayiş olunacaq.

Hər iki monotamaşa bir sıra beynəlxalq festivallarda uğurla iştirak edərək diplomlara layiq görülüb.

Nərmin


Müəllif: