23 İyul 2016 08:06

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 23-24-də, saat 18:00-da Fəvvarələr Meydanında olacaq.

Teleqraf.com idarənin saytına istinadən xəbər verir ki, bu həftə konsertdə tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, həmçinin, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev, “Odlar Yurdu” qrupu çıxış edəcək.


Müəllif: