23 İyul 2016 13:15
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağdamın işğalından 23 il keçir.

Teleqraf.com xəbər verir ki, məşhurlar sosial şəbəkədə Ağdamın işğalından yazıblar.

Əməkdar artist Röya Ayxan: “Bu gün Ağdam rayonunun işğalından 23 il keçir. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatı yaşayır. Allah səbr verməsin! Tezliklə işğal altında olan bütün ərazilərimiz işğaldan azad olunsun”.

Əməksar artist Elza Seyidcahan: “23-ildir gözü yaşlı, həsrət qəlbli Ağdamımız! Qayıdacaqsan, inşallah!”

Müğənni Rəqsanə İsmayılova: “Ağdamsız 23 il”.

Əməkdar artist Aybəniz Haşımova: “23 il bir igidin ömrüdür... Ya torpaqlarımız geri alaq, ya da üz döndərib, boynumuza bir çatı salaq... Vallah, 23 il ağlamaq, səbr etmək olmaz. Torpaqlarımız uğrunda canımızdan, səadətimizdən, xoşbəxtliyimizdən keçdik.

Bəs sonu? Axı biz qorxaq deyilik! Əliboş düşmən qarşısına çıxan millət qorxaq deyil! O tarixi hər il Şəhidlər Xiyabanında ağlayaraq qeyd etmək istəmirəm. Haqqımız olan Ağdamı, Qarabağımızı geri qaytaraq və qələbəmizi qeyd edək. Artıq çoxdan vaxtı çatıb”.

Rəqsanə


Müəllif: