25 İyul 2016 16:40
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda bu elm müəssisəsinin terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və Şəbnəm Həsənli-Qurbanova tərəfindən “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” və tətbiqi dilçilik şöbəsinin əməkdaşlarının tərtib etdikləri “Yeni sözlər və yeni mənalar lüğəti” hazırlanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, hər iki lüğət yaxın günlərdə çap olunmaq üçün nəşriyyata təqdim olunacaq.

“Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti”nin redaktorları akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, rəyçiləri professorlar Q.Məşədiyev, N.Məmmədli və İ.Məmmədovdur.

“Yeni sözlər və yeni mənalar lüğəti”nin redaktoru professor İ.Məmmədli, rəyçiləri professorlar B.Xəlilov və S.Sadıqovadır.


Müəllif: