25 İyul 2016 19:39

Oktyabrın 22-23-də Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə Vokalçıların Müslüm Maqomayev adına IV beynəlxalq müsabiqəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, oktyabrın 23-də baş tutacaq final konserti “Crocus City Hall” səhnəsində reallaşacaq.

Konsertdə 12 ölkədən-Argentina, Gürcüstan, Misir, İsrail, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Monqolustan, Ukrayna və Xorvatiyadan vokalçılar çıxış edərək müsabiqənin laureatı adı uğrunda mübarizə aparacaqlar.

SSRİ Xalq Artisti Tamara Sinyavskayanın rəhbərliyi altında beynəlxalq münsiflər heyəti vokalçıların ifasını qiymətləndirəcək. Müsabiqə-konsert Moskvanın “Russkaya filarmoniya” simfonik orkestrinin müşayiəti ilə keçiriləcək. Orkestrə Dmitri Yurovski dirijorluq edəcək.


Müəllif:
Загрузка...