27 İyul 2016 16:40
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazıçı Mahmud Ağakişiyevin (İkinci Mahmud) Xətai rayonu, Əliağa Şıxlinski 21 ünvandakı evi qarət olunub.

Bu barədə Sim-sim.az-a Mahmud Ağakişiyevin özü məlumat verib.

Gənc yazıçının sözlərinə görə, iyul 15-i Türkiyəyə gedib, ayın 26-sı qayıdanda görüb ki, pəncərə açıqdır: “Evə girəndə gördüm ki, evi axtarıb qızılları götürüblər. 3-4 min manatlıq qızıl aparıblar. Başqa şeylərə isə dəyməyiblər, məsələn noutbooku götürməyiblər”. Mahmud Ağakişiyev hadisə haqqında polisə məlumat verib.


Müəllif: