28 İyul 2016 18:45
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarını əhatə edən kitabxana və mədəniyyət müəssisələri işçiləri üçün “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” və “Azərbaycan mədəniyyətinin və xalq yaradıcılığının dəstəklənməsində, mədəni irsin qorunmasında mədəniyyət mərkəzinin rolu” mövzularında səyyar seminar-treninqlər təşkil edilib.

Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, iyulun 30-dək davam edəcək seminarlarda kitabxananın xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova, elektron kataloqun formalaşdırılması şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova və kitabxanaların metodik təminatı şöbəsinin baş kitabxanaçısı Lamiyə Əhmədova iştirak edirlər. Milli Kitabxananın tədris mərkəzinin trenerləri Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarından gələn kitabxanaçılara “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninq keçəcəklər.


Müəllif: