29 İyul 2016 11:53
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər haqqında çəkdiyi “Məhəmməd” filminin ekranlarda nümayiş olunacağı vaxt açıqlanıb.

Anadolu xəbər agentliyi məlumat verir ki, film oktyabrın 28-də ekranlarda nümayiş olunacaq.

Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.

Ümumi büdcəsi 30 milyon dollar olan filmdə İslam peyğəmbərinin üzü göstərilmir. Film “Əbraha ordusu” və “Fil” əhvalatları ilə başlayır.

Qeyd edək ki, İslam peyğəmbəri haqqında indiyə kimi 40-dək film çəkilib.


Müəllif: