31 İyul 2016 01:52

Avqustun 2-də saat 18-də Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçiriləcək.

Bu haqda Azərbaycanfilm məlumat yayıb, Milli Kino Günündə dörd gənc rejissorun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı qısametrajlı filmlərdən ibarət “40-cı paraleldə” kinoalmanaxının təqdimatı baş olacaq.

Kinoalmanaxa “Postskriptum” , “Onun atası”, “Hədiyyə” və “Qara bağ” filmləri daxildir.


Müəllif:
Загрузка...