31 İyul 2016 14:26
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur erməni kinorejissoru Atom Egoyanın arvadı aktrisa Kanadada yaşayan tanınmış aktrisa Arsinee Khanjian dünən Ermənistanın paytaxtı Yerevan şəhərində Xorenasiya küçəsində həbs olunub. Bu haqda "Newsarmenia" xəbər verir.

Aktrisanın həbs olunma səbəbi bilinməsə də, Khanjianın son günlər Yerevanda "Sasna Chrer" silahlı qruplaşmasını dəstəkləmək məqsədiylə keçirilən mitinqlərdə iştirak etməsi üzündən həbs olunduğu deyilir.

Xatırladaq ki, "Sasna Çrer" silahlı qruplaşması iyulun 17-də Yerevanın Xorenasiya küçəsindəki polis idarəsini tutub. Qruplaşma üzvləri tərəfdarı olduqları radikal müxalif lider Jirair Sefilianın həbsdən buraxılmasını tələb edirlər.


Müəllif: