22 Aprel 2014 13:45

“Seymur Baycan qalmaqal yaratmaq üçün bu fikirləri səsləndirir. Ona görə də mən buna fikir bildirmək istəmirəm. Birdəki Seymur Baycan Anar, Elçin Əfəndiyev, Nizami Gəncəvi, Füzuli deyil axı. Gənc bir adamdır. Özü üçün danışır. Əgər Anar müəllim və ya başqa ciddi bir yazıçı desəydi mən ona rəy deyərdim”.

Bu sözləri tənqdiçi Əsəd Cahangir Seymur Baycanın müsahibəsində səsləndirdiyi fikirlərə rəy bildirərkən deyib.

Qeyd edək ki, Seymur Baycan müsahibəsində “Bu xalq aşıqdır, hələ gəlib yazı mədəniyyətinə çıxmayıb. Bu xalq folklor səviyyəsində olan bir xalqdır”. fikirlərini səsləndirib.

Rövşən Danyeri


Müəllif: