25 İyun 2014 15:03
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın ortalarında Bakıda növbəti Avropa Film Festivalı keçiriləcək.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, tədbirlə bağlı teatrın diektoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralf Pilts arasında görüş keçirilib.

Görüşdə “Park Cinema”da baş tutacaq 5-ci Avropa Film Festivalına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan “Park Cinema” 2010-cu ilin oktyabrın 16-dan fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (“Park Bulvar”, “Metropark, Amburan”) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. “Park Cinema” kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında “Park Cinema Zaqulba”da 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. “Park Cinema” “Flame Tower” isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Aytən Həsənova


Müəllif: