22 Aprel 2014 14:40
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli yazıçı, Nobel mükafatçısı Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, 3 saat davam edən vida mərasiminə Meksika və Kolumbiya prezidentləri iştirak ediblər. Aprelin 17-də 87 yaşında dünyasını dəyişən yazıçının külü vida mərasiminin keçirildiyi İncəsənət Sarayına gətirilib.

Kolumbiyanın Karib bölgəsindəki Arakataka vilayətininin sakinləri isə Markes üçün simvolik dəfn mərasimi keçiriblər.

Qeyd edək ki, Markesin cəsədi yaxın qohumlarının iştirakı ilə yandırılıb. Mərhumun külünün isə Kolumbiyaya və Mexikoya səpələnəcəyi gözlənilir.


Müəllif: