22 Aprel 2014 15:27
548

Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşa görkəmli müğənni, SSRİ Xalq Artisti Lütfiyar İmanovun 85 illiyinə həsr edilib.

Qeyd edək ki, böyük sənətkar uzun illər teatrın səhnəsində bu operada aparıcı partiyalardan birini - Radamesı ifa edib. Dünya opera sənətinin ən populyar əsərlərindən biri olan bu tamaşada əsas rolları teatrın gənc solistləri Çinarə Şirin (Aida), Əməkdar Artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və başqaları canlandıracaqlar. Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Gürcüstandan dəvət edilmiş solistlər – Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili və Əməkdar Artist, Vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsinin laureatı Sulxan Qvelesiani da çıxış edəcək.

Bu səhnə əsəri Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.

Nərmin


Müəllif: