22 Aprel 2014 16:03
1 341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də Heydər Əliyev Sarayında Xalq Artisti, bəstəkar Tofiq Əhmədov 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, gecədə Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin estrada-simfonik orkestrinin, tanınmış ifaçıların, musiqiçilərin iştirakı nəzərdə tutulub. Tədbirdə sənətkara həsr olunmuş videokadrlar nümayiş etdiriləcək, Sarayın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış foto-sərgi nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2014-cü ildə Xalq Artisti, musiqi sənətinin tanınmış nümayəndəsi Tofiq Qəzənfər oğlu Əhmədovun (1934-1981) anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılıb. Bu tədbirlər sırasında uşaq musiqi və incəsənət məktəblərində Tofiq Əhmədovun 90 illiyinə həsr olunmuş gecələrin, konsertlərin keçirilməsi də nəzərdə tutulub.

Nərmin


Müəllif: