30 İyun 2014 15:31

Xalq artisti Ramiz Əzizbəylinin müalicəsi üçün kampaniyaya start verilib.

Teleqraf.com xəbər “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyası tərəfindən start verilən kampaniyanın müraciətini təqdim edir:

“Hörmətli Həmvətənlər! Öncə Sizləri “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyası olaraq müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbrik edirik! Uca Allahdan hər birinizə bu müqəddəs ayın fəzilətlərinə qovuşmağı, tutduğunuz orucun qəbul olunmasını, can sağlığı və bol ruzi diləyirik.

Eyni zamanda bildiririk ki, respublikamızın xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Respublika Ağsaqqallar Şurasının Məclis üzvü, “Adəm” Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının birinci vitse-prezidenti Ramiz Əzizbəyli uzun müddətdir ağır xəstəliklərlə mübarizə aparır. Onun tam müalicəsi böyük səy və xərc tələb edir. Üçüncü dəfə insult keçirdiyi dövrdən hal-hazıradək Ramiz müəllimin müalicəsinin həyata keçirilməsi üçün tərəfimizdən bir çox işlər həyata keçirilmişdir. Lakin bu gün yenə də dəyərli sənətkarımızın durumu ürək açan deyil, onun sağalması üçün müalicəsi davam etməli, eyni zamanda maddi və mənəvi problemlərinin həlli istiqamətində ciddi işlər görülməlidir.

Qeyd edilənləri nəzərə alaraq, “Adəm” Beynəlxalq Xeyriyyəçilər Asossiasiyası müqəddəs Ramazan ayında xalq artisti ilə bağlı “Ramiz Əzizbəylini əziz tutaq” adlı dəstək aksiyası təşkil edir. Dəyərli sənətkarımızı əziz sayan soydaşlarımız! Ramiz Əzizbəylinin tam sağalaraq ayağa qalxması, onun problemlərdən qurtularaq arzu etdiyi növbəti dəyərli, yaddaşlara “Bəxt üzüyü” filmi qədər hopacaq yeni bir kinonu çəkməsi heç şübhəsiz ki, hər birimizin istəyidir. Odur ki, müqəddəs Ramazan ayında başlatdığımız bu dəstək aksiyasına qoşulmağınızı, bacardığınız maddi və mənəvi dəstəyi verməyinizi Sizlərdən xahiş edirik.

Ramiz Əzizbəyli hər birimiz üçün əzizdir, çünki o, dəyərli ömrünü xalqına həsr etmiş sənətkardır. Bu gün isə bizim ona dəstək verməyimizin zamanıdır. Bu işi Ramazan ayında həyata keçirmək isə Allah dərgahında da ikiqat savabdır.

Bizim rekvizitlər:

Az.Beyn.Bankı mərkəzi filial F.A.D. 805722, VÖEN 9900001881 Swift: İBAZAZ2X,müxbir hesabı: 0137010002944, h/h 33308019449329086204 “ADƏM”BXA VÖEN 1500504341 Bakı ş. 2-çi Cənub küç.1/15 Tel. (012) 566-39-95; (012) 408-39-85; 070-710-60-30; 050-681-00-68; 055-769-25-22


Müəllif:
Загрузка...