22 Aprel 2014 16:16
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Kann Kino Festivalında Azərbaycan pavilyonu nümayiş olunacaq.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov bildirib.

Onun sözlərinə görə, kino pavilyon tanınmış kino şirkətləri, ayrı-ayrı rejissor və prodüserlərlə işgüzar münasibətlər qurmaq, başqa ölkələrin uğurlu əsərləri ilə tanış olmaq və təcrübələrindən faydalanmaq məqsədi daşıyır:

“Bu ilki pavilyonda 2013-cü ildə çəkilən filmlər nümayiş olunacaq, onlar haqda ətraflı məlumat veriləcək, yeni layihələrlə bağlı danışıqlar aparılacaq”.

Nərmin


Müəllif: