22 Aprel 2014 17:39

Naxçıvan Dövlət Kukla Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edir.

Teleqraf.com-un xəbərinə görə teatr hazırda Tacikistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Düşənbə şəhərində keçirilən “Çodari xael” adlı ənənəvi IV Kukla teatrları festivalında çıxış edir. Aprelin 21-də Azərbaycanın Xalq Artisti Yasəmən Ramazanovanın rəhbərliyi ilə teatr qrupu dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini tamaşaçılara təqdim edilib.

Xatırladırıq ki, festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə, Rusiya, Fransa, İran, İspaniya və Tacikistan teatrları iştirak edirlər.

Nərmin


Müəllif: