23 Aprel 2014 10:31
967

Almaniyada yaşayan həmyerlimiz gənc rejissor Elmar İmanovla Engin Kundağın birgə çəkdikləri "Torn" adlı qısametrajlı film Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq.

Teleqraf.com-un xəbərinə görə filmdə baş rolları Rasim Cəfərov, Zülfiyyə Qurbanova ifa edirlər.

Qeyd edək ki, Elmar İmanov 2012-ci ildə “Tabutçunun yelləncəyi” qısametrajlı filminə görə "Ən yaxşı xarici film" nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını alıb.

Nərmin


Müəllif: