23 Aprel 2014 10:58
2 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin rəqs sultanları “Anadolu Ateşi” yenidən Heydər Əliyev Sarayında sevənləri ilə görüşə gələcək.

Teleqraf.com-un xəbərinə görə rəqs qrupu iyun ayının 6, 7, 8 -i Sarayda “The Best of Anadolu Ateşi” adlı proqramı ilə çıxış edəcək.

Məlumat üçün bildirək ki, 1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan “Anadolu Ateşinin” ilk adı “Rəqsin Sultanları” olmuşdur. Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002 - cildən dünya turuna başlamış və 93 ölkədə 3850 shou göstərmiş 35 milyondan çox sənətsevər tərəfindən izlənilib. Qrup 2001 - ci ildən bu günə kimi İsrail, Almaniya, Çin, Hollandiya, Ukrayna, Belçika, İsveçrə, Yaponiya, Avstriya, Qatar, Liviya, Rusiya, Azərbaycan, Sibr, Ruminya, Bosniya, Yeni Zelandiya, İtalya, Slovakiya, Belarusiya, İngiltərə, Gürcüstan, Suriya, Slovenya, Malaziya, Bəhreyn, BƏƏ, Yunanıstan, İspaniya və.s ölkələrdə səhnə alıb, Anadolu mədəniyyətini dünyaya tanıdıb.

“Anadolu Ateşi”nin təşkilatçısı isə “SA ORGANIZATION” şirkətidir. İndiyə kimi şirkət tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination həmçinin Ruslana, Kenan Doğulu, Mustafa Sandal və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb.

Nərmin


Müəllif: