23 Aprel 2014 13:45
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer günü münasibəti ilə bu gün Park Cinema Metro Park-da “Məskən” filminin pulsuz nümayişi təşkil edilib.

Kinoteatrdan Teleqraf.com-a verilən məlumata görə, Park Cinema bu fəaliyyətini sosial məsuliyyətli layihələri dairəsinə əlavə edir.

Qeyd edək ki, Yer günü ilə bağlı keçirilən tədbir BMT-nin Bakıdakı ofisi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstək alıb.

Məlumat üçün bildirək ki, “Məskən” filmi 2009-cu ildə Yann Arthus-Bertrandın çəkdiyi sənədli filmdir. Film əsasən yer kürəsində müxtəlif yerlərin aerofotoşəkillərindən ibarətdir. Film yer kürəsində sürən həyat tərzinin fərqliliyini göstərir və bəşəriyyətin planetin ekoloji balansını pozmaq təhlükəsi barədə bəhs edir. Filmin 5 il əvvəl çəkilməsinə baxmayaraq, yenə də populyarlığını qoruyub saxlayır və dünyada bir çox ətraf mühitə aid kampaniyalarda nümayiş etdirilir.

Nərmin


Müəllif: