23 Aprel 2014 16:23
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professional Kinorejissor Gildiyasının konfransı olacaq

Professional Kinorejissorlar Gildiyasının növbəti IV hesabat-seçki konfransı keçiriləcək.

Teleqraf.com-a daxil olan məlumata görə artıq bununla bağlı Gildiyanın prezidenti Eldar Quliyevin imzası ilə üzvlərə məktublar yollanıb. Konfrans may ayının 16-da “Azərbaycanfilm” kinostudiyasının II mərtəbəsində keçmiş aktyor zalında baş tutacaq. Konfransın gündəliyində duran məsələlər Gildiyanın Bürosunun, Təftiş Komissiyasının hesabatı, Gildiyanın rəhbər orqanlarının seçilməsi və cari məsələlər müzakirə olunacaq.

Nərmin


Müəllif: