12 Aprel 2017 23:20
2 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" 14

Öncəki yazı

“Kolleksiya” layihəsində bu dəfə Azərbaycanın xalq artisti, sabiq Mədəniyyət naziri, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna aid kitab, afişa və vizitkadır.

Ötən gün İstanbulda əldə etdiyimiz bu kitabı P.Bülbüloğlu 1988-ci il iyulun 24-də Bakıda Neşə xanıma imzalayıb.

İmzada bunlar qeyd olunub: “Neşe xanım. Sağ olun! Var olun! 24.VII.88. Bakı. İmza”.

Afişada isə bunlar yazılıb: “Neşe xanıma yadigar. 24.VII.1988.Bakı.İmza”.

Rus dilində olan vizitkada P.Bülbüloğlu Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri kimi qeyd olunub.

Çox güman ki, adı keçən Neşə xanım, o zamanların məşhur türk müğənnisi Neşe Karaböcekdir.

Teleqraf.com Polad Bülbüloğlunun 29 il öncə imzaladığı materialları təqdim edir:

Dilqəm Əhməd


Müəllif: