14 Aprel 2017 12:29
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tbilisi Dövlət Azərbaycan Dram Teatrının ciddi təmirə, bəlkə də yenidən qurulmağa ehtiyacı var”.

Teleqraf.com-un məlumatına görə, bunu sosial şəbəkədəki hesabında Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında iştirak etmək üçün aprelin 10-dan 13-dək Tbilisidə səfərdə olub. Səfər müddətində Ə.Amaşov Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla birgə Tbilisi Dövlət Azərbaycan Dram Teatrına da baş çəkib.

Deputat teatrın binasından paylaşdığı fotoların altına “Gördüyümüz şəkillər Tbilisi Dövlət Azərbaycan Dram Teatrının çox ciddi təmirə, bəlkə də yenidən qurulmağa ehtiyacı olduğunu acıq-aydın göstərir…” yazıb.

Qeyd edək ki, “Vikipediya”da yer alan məlumata görə, Tbilisidə Azərbaycan teatrı 1873-cü ildə yaranıb. İctimai teatr kimi fəaliyyətə başlayan mədəniyyət ocağı ötən illər ərzində ətrafında peşəkar aktyor ordusu birləşdirməyə müvəffəq olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar Azərbaycan teatrına yeni-yeni uğurlar gətirib. Qısa müddət ərzində geniş auditoriya kütləsi toplayıb. Teatra kütləvi axın isə incəsənət ocağının maddi təminatının zəmanətinə çevrilib. Hətta Azərbaycan teatrı fəaliyyəti dövründə Tbilisinin bir sıra teatrlarını maliyyələşdirib. Mədəniyyət ocağı Azərbaycan teatr sənətinin inkişafına da töhfələr verib. Görkəmli kino və teatr xadimləri Möhsün Sənani, Mustafa Mərdanov da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən bərqərar olunur. 2004-cü ildə teatra dövlət statusu verildi. Hazırda teatr milli lider Heydər Əliyevin adını daşıyır.

Teleqraf.com teatr binasının vəziyyətini əks etdirən fotoları təqdim edir.

Səxavət


Müəllif: