15 Aprel 2017 18:08
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 15-də dünya şöhrətli amerikalı cazmen Qabriel Stravelli və onun musiqi qrupunun Kürdəmirdə konserti olub.

Teleqraf.com xəbər verir ki, mədəniyyət evində keçirilən konsert Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunub.

Amerikalı vokalist, dünya şöhrətli caz ustası Qabriel Stravellinin çıxışı Kürdəmir musiqisevərləri tərəfindən maraqla izlənilib. Sənətçinin ifasında səsləndirilən “Laçın” və “Saçlarına gül düzüm” Azərbaycan xalq mahnıları alqışlarla qarşılanıb.


Müəllif: