21 Aprel 09:19

Teleqraf.com incəsənət cameəsinə ünvanlandığı bu suala maraqlı cavablar alıb

Molla Nəsrəddin Cəlil Məmmədquluzadənin nəyidir?

Teleqraf.com incəsənət cameəsinə ünvanlandığı bu suala maraqlı cavablar alıb.

Rəşad İlyasov
“Cəlil Məmmədquluzadə uzun illlər “Molla Nəsrəddin” jurnalının redaktoru olub. Jurnal vasitəsilə cəmiyyətdə baş verən nöqsanları göstərib”.

Aytən Əliyeva

“Cəlil Məmədquluzadənin Molla Nəsrəddinin nəyi olduğunu bilmirəm vallah (gülür). Yalandan deyə bilmərəm ki, unutduğuma görə cavab verə bilmərəm”.

Bilal Əliyev

“Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin”in yaradanıdır. Cəlil Məmmədquluzadə haqqında orta məktəbdə oxumuşam. Amma onu çox sevirik və hərdən onun kəlamlarından istifadə edirik”.

Elariz Məmmədoğlu

“Cəlil Məmmədquluzadə yazıçıdır. “Molla Nəsrəddin” jurnalının təsisçisidir”.

Mikayıl Güllədinoğlu

“Hazırda avtomobil idarə edirəm. Yanımda da adamlar var. Bu an düşünə bilmirəm”.

Nadir Bayramlı

“Molla Nəsrəddinin Məmmədquluzadənin nəyi olduğunu dəqiq bilmirəm”.

Tacir Şahmalıoğlu

“Cəlil Məmədquluqzadə Molla Nəsrəddinin nəyidir? (fikirləşir…) Axı onların yaş fərqi çoxdur…”

Səməd Səmədov

“Hazırıda avtomobil idarə edirəm, nəvələrimlə bağa gedirəm. Bir neçə dəqiqədən sonra əlaqə saxlayarsınız. Danışa bilmirəm”.

Şəhriyar del Gerani

“Yaddaşım məni aldatmırsa, bacanaq olublar. Sonralar Mirzə Cəlil Həmidə xanıma xəyanət eləyib deyə, Molla Nəsrəddinlə də araları dəyib”.

Aylin


Müəllif: