26 Aprel 2017 18:49
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu konsert Alim müəllimin 60 illiyinə həsr olunub. Alim müəllimdən xahiş etmişəm ki, konsertdə birgə ifa edək.

Bu sözləri Teleqraf.com-a Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova konserti barədə danışarkən deyib.

O bildirib ki, may ayının 21-də Heydər Əliyev adına Sarayda keçiriləcək konserti Alim Qasımovun 60 illik yubileyinə həsr olunacaq:

“Məşqlərimiz intensiv davam edir. Tamaşaçılara maraqlı konsert təqdim etmək üçün əlimizdən gələni edəcəyik. Konsertdə iki dəstgah, eyni zamanda bəstəkar və xalq mahnılarını müasir üslubda təqdim edəcəm. Bu dəfə böyük sənətkarlarımız - Zeynəb Xanlarova, Elmira Rəhimova, Şövkət Ələkbərova, Akif İslamzadə, Rübabə Muradovanın repertuarına müraciət etmişəm.

Bilirsiniz ki, xeyli vaxtdır Rüstəm Zeynallı ilə çalışıram. “Ona doğru” albomunda mahnılarımın çoxunun aranjimanını o etmişdi. Sonra da işbirliyimiz davam etdi, elə bu konsertdə də mahnıların aranjimanı, musiqi tərtibatı ona məxsus olacaq”.

Konsertin biletlərinin qiyməti 20-100 manatdır.

Nərmin


Müəllif: