24 Aprel 2014 10:21

Orxan Fikrətoğlunun yeni kitabı nəşr olunub. "Tək" adlı kitabda eyniadlı roman, iki pyes və iki hekayə yer alıb. "Roman sadə dildə və realistcəsinə yazılıb.

Əsərin qəhrəmanı Qarabağda anadan olub. İşğal onu Bakıya gətirir. Sonradan o, terrorçuya çevrilir. Heç bir din, nədə ki yaxınları ona sahib çıxmır. Qəhrəman sonda intihar edir. Kitabda yer alan hekayələrim isə fantasmaqorikdir".

Bu sözləri kitab haqqında mətbuata açıqlamasında Orxan Fikrətoğlu deyib.

"Tək" kitabı "Elm və təhsil" nəşriyyatında 500 tirajla çap olunub.


Müəllif: