29 Aprel 2017 16:36
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada böyük maraqla izlənilən “Taxtların oyunu” (The Game of Thrones) serialı rekord qırmağa hazırlaşır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, serialda rol alan beş baş rol aktyoru yeni mövsümdə hər seriyaya görə 2.5 milyon dollar qazanacaqlar.

Bununla “Taxtların oyunu” digər serialları geridə qoyaraq yeni rekorda imza atacaq. 170-dən artıq ölkəyə satılan serialın yeni mövsümü 15 iyulda start götürəcək.

Pərvin


Müəllif: