29 Aprel 2017 17:47
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV kanalında mənə qarşı olan qadağa aradan götürülüb. Barışmışıq. İndi hər şey yaxşıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova deyib.

Xatırladaq ki, bir müddət əvvəl aktrisa ATV telekanalında yayımlanan proqram və seriallarda çıxışının qadağan edildiyini deyərək, Vüqar Qaradağlıya qarşı sərt ittihamlar səsləndirmişdi.

Aktrisa yeni serialla ekranlara qayıdacağının müjdəsini də verib:

“Bilirsiniz ki, uzun müddət seriallarda çəkilmədim. Buna səbəb tamaşaçıların qarşısına yaxşı obrazla çıxmaq idi. Bir serial təklifi almışam. Dəqiqləşəndən sonra bu haqda ətraflı açıqlama verəcəyəm”.

Son olaraq “Nazlı” romantik komediyasında rol aldığını deyən aktrisa filmdə kəndli qadın obrazını yaratdığını bildirib:

“Filmdə məni başqa ampulada görəcəksiniz. Əslində, çox varlı bir xanımam, sadəcə baş roldakı qızı düz yola gətirmək üçün kənd qadını obrazına girməyə məcburam”.

Nərmin


Müəllif: