15 May 2017 23:28
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər Avroviziya səhnəsinə normal ifaçı çıxara bilmirik. Bizimkinin görünüşü, ifası aşağı səviyyədə idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Ramiz Məlik Azərbaycanı Avroviziya-2017 Mahnı Müsabiqəsində təmsil edən Diana Hacıyevanın müsabiqədəki çıxışı barədə deyib.

Onun fikrincə, artıq şou göstərmək yox, oxumaq lazımdır: “Niyə bir neçə ifaçı öz dilində oxuyurdular? Sən öz dövlətini, xalqını tərənnüm etməlisən. Məgər bizdə hit mahnılar yoxdur? Bəstələmək olmaz? Var və yaratmaq olar!”

Qeyd edək ki, yarışmada “Skeletons” mahnısı ilə çıxış edən Diana Hacıyeva müsabiqəni 14-cü yerdə başa vurub.

Pərvin


Müəllif: