16 May 11:55
382

Təkcə sadə insanlar yox, bəzən məşhurlar da narkotikin toruna düşür.

Teleqraf.com narkotikə aludə olan dörd məşhur haqda yazını təqdim edir.

1. Lindsi Lohan

2004-cü ildə nümayiş olunmağa başlayan “Pis qızlar” filmindəki rolu ilə şöhrət qazanmış Lindsi Lohan son illər narkotik aludəçiliyi səbəbilə karyerasında ciddi itkilərlə üzləşib.

Reabilitasiya mərkəzində müalicə almasına baxmayaraq, evində “kokain qonaqlığı” verməsilə təkrar gündəmə gəlib.

Narkotikə bağlılıq onun aktrisalıq karyerasına son qoyub.

2. Makali Kalkin

"Evdə tək" filmində oynadığı Kevin Makkalister roluna görə məşhurlaşan Makali Kalkin 1990-cı ildə, hələ 10 yaşında olarkən oynadığı bir rolla bütün dünyaya səs salmışdı.

Kalkin 20 yaşından etibarən narkotik aludəçisi olduğunu və hər ay təxminən narkotikə 6 min dollar xərclədiyini etiraf edir. Narkotik aludəçiliyi ucbatından heç bir kino-studiya ona rol vermir və Kalkin uzun müddət ekranlardan uzaq qalır.

Bir müddət sonra onu məşhur sevgilisi Mayli Sayrus da tərk edir.

3. Emi Uaynhaus

2000-ci illərin əvvəlində çıxardığı albomla məşhurlaşmış Emi Uaynhaus uzun müddət spirtli içki və narkotik aludəçiliyi ilə mübarizə aparır. 2008-ci ildə şəxsi həyatındakı problemlərə görə müalicə alan ingiltərəli müğənni 2011-ci ildə alkoqol zəhərlənməsindən dünyasını dəyişir.

Emi Uaynhausun pis vərdişləri Britaniya qəzetlərinin səhifələrində və digər mətbuat vasitələrində geniş müzakirə olunan mövzulardan idi. İstedadlı müğənni dəfələrlə səhnəyə sərxoş vəziyyətdə çıxmışdı.

4. Amanda Bayns

“Sevgi hər şeydir”, “Adıbəlli” və “Cazibədar futbolçu” kimi bir çox filmlərdə rol almış aktrisa Amanda Bayns 2009-cu ildə narkotik istifadəçisi kimi həbs olunur. Sonra 1000 dollar müqabilində şərti azadlığa buraxılır.

Hazırda əvvəlki gözəlliyini və populyarlığını itirmiş xanım Bayns narkotik aludəçiliyi ilə mübarizəni davam etdirir.

İlhamə ƏBÜLFƏT


Müəllif: