17 May 16:27
469

Özcan Dəniz bir müddət əvvəl erməni mahnısı oxuyan yerdə çəkilən videosunu İnstaqram hesabından silib.

Teleqraf.com xəbər verir ki, müğənni erməni mahnısı oxuduğuna görə tənqid edən azərbaycanlılara səslənib:

“Mən bir musiqiçiyəm, ona görə də heç bir millətin mahnısına düşmən ola bilmərəm və olmayacam da. Radioda qarşımıza çıxan bir mahnı hansı dilə aid olub-olmadığını düşünmədən çəkiliş heyəti ilə birgə oxuyaraq, əyləndik. Və o anlarımızı sizinlə də paylaşdıq. Sonra gələn mesajlardan musiqinin erməni mahnısı olduğunu öyrəndim. Sizin bu məsələyə həssaslıqla yanaşdığınızı bildiyimə görə də videonu sildim.

Biz yunanlarla da mahnılarımızı paylaşırıq. Bizim mədəniyyətimizdə musiqilərə düşmən olmaq yoxdur. Mənim ölkəmdə bir çox erməni vətəndaşı olduğu halda sizin kimi düşünə bilmərəm. Biz hamımız bu ölkədə türk vətəndaşı olaraq yaşayırıq. Sənətə, türkülərə, melodiyalara, mədəniyyətlərə düşmən olmaq olmaz. Yalnız siyasətlərə düşmən kəsilmək olar. Mən nə siyasətçi, nə də siyasi sənətçiyəm.

Sadəcə azərbaycanlı qardaş-bacılarımızın bu haqlı nifrətini anlayıram. Mən Azərbaycana konsert verib, filmimi göstərib pul qazanmaq adı ilə gəlmirəm. Oradakı azərbaycanlı dostlarımızla bərabər türk kinosuna sizləri yaxın etmək, sosial həyatınızı canlandırmağa çalışıram.

Sizləri sevirəm. Acılarınızı sonuna qədər bölüşürəm. Sizdən nəsə ummuram. Amma bilin ki, mənim can qardaşlarımsınız. Biz eyni millətin, torpaqların övladlarıyıq”.

Pərvin


Müəllif: Teleqraf.com