24 May 2017 22:38
1 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli müğənni Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Teleqraf.com-un məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin 75 illik yubileyinə həsr olunmuş konsert kecirilib. Unudulmaz sənətkarın xatirəsini bir daha yada salmaq, onun yaradıcılığını gənc nəsillərə daha yaxından tanıtdırmaq məqsədi daşıyan bu tədbir əsl musiqi bayramına çevrilib.

Konsertdə ölməz sənətkarın adını daşıyan Bakı şəhər 26 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri və müəllim kollektivi rəngarəng musiqi proqramı ilə çıxış ediblər.

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutan konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və çoxsaylı müslimsevərlər iştirak ediblər.

Konsertdə M.Maqomayevin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, proqramda onun repertuarında yer alan bütün janrlardan olan əsərlər təqdim olunub. Məktəbin Respublika müsabiqələri laureatı və diplomantı olan xor kollektivi, skripkaçılardan ibarət "Fantaziya" qrupu, gənc solistlər Əliyev Aslan, Quluzadə Zeynəb, Əliyeva Mehriban, Həmzəyeva Səma, Əhməd Xəyal, Ağabəyli Mehriban, Əliyev Fikrət, Quliyev Ərəstun və Abbaslı İlyas M.Maqomayevin ən gözəl mahnılarını məharətlə ifa ediblər.


Müəllif: Teleqraf.com