24 Aprel 2014 12:08
3 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özümü şou-biznesin ən güclü səsi və birincisi hesab edirəm”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında gənc müğənni Aytac Vidadiqızı deyib. Onun sözlərinə görə şou-biznesdə olan bir çox müğənnilər tamaşaçıları fonoqramla aldadır:

“Çünki səslərinin gücü yoxdur. Mən səsimə çox güvənirəm. İstedad dediyin insanın canında olmalıdır. Pul gücünə gələn müğənni pulu bitəndən sonra elə gəldiyi kimi də gedir”. Gənc ifaçı ötən günlərin birində 24 yaşını da təntənəli şəkildə qeyd edib.

Qeyd edək ki, Aytac Vidadiqızı mərhum müğənni Vidadi Bərdəlinin qızıdır.

Pərvin


Müəllif: