26 May 2017 16:09
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya gözəllərim” adlı yeni verilişin çəkilişləri üçün Hindistana gedən türkiyəli müğənni Bülent Ərsoyu ilan sancıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 46 dərəcə istidə çəkiliş əsnasında yorulan Bülent Ersoy istirahət üçün çəmənlikdə oturmağı üstün tutub.

Məşhur müğənni çəmənlikdə ilanın hücumuna məruz qalıb. Çəkiliş qrupu dərhal ilkin müdaxilə edərək Ərsoyu xəstəxanaya çatdırıblar.


Müəllif: Teleqraf.com